Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşa sən azadsan”  başlığı altında ədəbi-bədii gecə keçirilib

03.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi  03.11.2021-ci il tarixində Şuşanın işğaldan azad olunması münasibəti ilə "Şuşa sən azadsan"  başlığı altında ədəbi-bədii gecə keçirtdi. 
Tədbirdə ilk öncə Azərbaycan Dövlət Himni səsləndirildi.Tədbiri şöbənin  kitabxanaçısı Kifayət Sadıqova açaraq tədbir iştirakçıkarını salamlayıb, Şuşanın mənfur düşmənlərdən azad olunması və Azərbaycanın Zəfər çalması munasibəti ilə təbrik etdi.Daha sonra bildirdiki, Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir. Rəşadətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin , incəsənətimizin, tariximizin azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını sübut etdi. Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi demək oldu və biz bu qələbəni döyüş meydanında qazandıq.

Tədbirdə iştirak edən 42 saylı tam orta məktəbin təşkilat rəhbəri Esmira Məmmədova, tarix müəlliməsi Vüsalə Yolçuyeva,ədəbiyyat müəlliməsi Rahilə Əliyeva Uşaq  şöbəsinin müdiri Ellada Rəhimova çıxışlarında qeyd etdilər ki, Azərbaycan bəlkə də son bir əsrdə bu qədər sevinc və qürur yaşamamışdır. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üç rəngli bayraqlarımızı dalğalandıraraq bir daha Bayrağımıza, qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu. Nəinki hərbi ekspertlərin, elə düşmənlərin özlərinin də dediyi kimi, “Kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”. Tədbirdə iştirak edən 42 saylı məktəbin şagirdləri vətənə,zəfərə,müstəqilliyə, torpaqa, şəhidlərə aid şeirlər söyləyib, "Azərbaycan", "Vətən yaxşıdır" mahnılarını səsləndirdilər. Sonda şagirdlər Qarabağ Azərbaycandır şüarını səsləndirdilər.

 

132.1 KB

 

211.3 KB

 

181.1 KB